Mayın 24-də universitetimizin Filologiya fakültəsinin müəllimi, gənc yazıçı, şərqşünas, tərcüməçi Əli Rzazadənin növbəti kitabının təqdimat mərasimi keçirildi.
Tanınmış ədəbiyyatçıların iştirak etdiyi tədbirdə milli-mənəvi dəyərlərdən bəhs edən “Yağış” romanında həqiqət axtarışında olan bir gəncin başına gələn maraqlı, mistik hadisələrdən bəhs olunduğu diqqətə çatdırıldı.
Mərasimdə Əli Rzazadə qeyd etdi ki, “Yağış” romanının satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənəcək.
Qeyd edək ki, “Yağış” romanı müəllifin ilk əsəri deyil. Bundan öncə Əli Rzazadənin “Nurdan zərrələr” - Qurani Kərimdə qadın obrazları əsəri də çap olunub. Yazarın daha bir kitabı Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başçılıq etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalıya Ədalət (əl-ədalət li Xocalı)” ərəb dilində çap edilib. Xocalı faciəsi həqiqətlərindən bəhs edən kitab ərəb ölkələrinə yayılıb. Xocalıya ədalət kitabı Misirin, Sudanın bir neçə ali təhsil müəssisələri kitabxanalarında yer alıb.
Mətbuat xidməti