Kitabın hazırlanmasında əsas məqsəd–tələbələrə müasir menecment sistemini anlatmaqdan; i/e-nin əsas xüsusiyyətləri, formaları, metodları və vasitələri haqqında bilgilərin verilməsindən; menecmentlə əlaqədar dünyada fəaliyyət göstərən qabaqcıl şirkətlərdəki aktual problemlərin öyrənilməsindən;menecmentin inkişafının tədqiq edilməsindən və s.ibarətdir. Dərs vəsaitindən istifadə edənlər test tapşırıqları ilə tanış olaraq onları yerinə yetirməklə öz biliklərini daha da möhkəmləndirə biləcəklər.
Kitabda şərh olunan mövzular AR Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama uyğun hazırlanmışdır. Vəsaitdən “Menecment” fənnini öyrənən iqtisad yönümlütələbələr və ali kolleclərin tələbələri, magistr pilləsi üzrə təhsilini davam etdirən magistrlər,aspirantlar, fənnin tədrisi ilə məşğul olan müəllimlər,ixtisasartırma kurslarının dinləyiciləri, biznes fəaliyyətinin yeni formalarda həyata keçirilməsini təşkil edən menecerlər və işgüzarlar, elmi-tədqiqat təşkilatlarının işçiləri,eləcə də menecmenti mükəmməl mənimsəmək və onu həyata keçirmək istəyən mütəxəssislər yararlana bilərlər.
Mətbuat xidməti