Tələbələrimiz “Gələcəyə baxış” adlı Avrasiya patent universiadasında II yer qazanmışdırlar
Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Virusdan qorun - düşmən daxil ola bilməz! Həkim və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzusunda keçirilən Avrasiya Patent universiadasında Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə Mühəndislik fakültəsinin tələbələrindən ibarət komanda: III kurs tələbəsi Seymur Talıbov və II kurs tələbəsi Qüdrət Ağazadə müsabiqədə uğurlu çıxış edərək II yeri qazandılar. Komanda müsabiqədə "Tibbi müəssisələrdə koronavirusun (COVID-19) aşkarlanması və avtomatik olaraq aradan qaldırılması üçün mobil robot" layihəsi ilə çıxış etdilər. Onlar Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasının finalına dəvət aldılar. Assambleya 19–21 may 2021-ci il tarixində Velikinovqorodda keçiriləcəkdir.
Müsabiqənin nəticələri ilə aşağıdakı linkdən keçid alaraq tanış ol bilərsiniz.
Mətbuat xidməti