SDU-nun Filologiya fakültəsinin tələbələri Rusiyanın “Birinci Kanalı” #я_гагарин altında fləşmobda iştirak etdilər
Aprel ayında insanlar bəşəriyyət miqyasında bir hadisəni – kosmosa ilk insan uçuşunu qeyd edir. Rusiyanın “Birinci kanal”ı “#я_гагарин” başlığı altında fləşmob apardı. Fləşmobda SDU-nun Filologiya fakültəsinin rus dilini öyrənən tələbələri də (926-cı qrup) iştirak etmək qərarına gəldilər. Tələbələr rus dili dərsində kosmonavtika tarixinə adını qızıl hərflərlə yazdırmışmış azərbaycanlı general Kərim Kərimov haqqında məlumat verdilər. Diqqətə layiqdir ki, dərslərdə St. Çernışovun “Поехали!” adlı dərs vəsaiti istifadə olunur və ilk dərs məhz bu sözlə başladı ...
Mətbuat xidməti