SDU-da РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərə start verildi
Aprelin 13-də Sumqayıt Dövlət Universitetinin əməkdaşları üçün РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə treninqlərin ilk təlimi keçirildi. Təlimlər SDU-nun rektoru prof. E.B.Hüseynovun 16.03.2021-ci il tarixli R-13/1 saylı əmrinə əsasən keçirilir.
Təlimi aparan Elmi hissənin müdiri dosent Samir Orucov fakültə nümayəndələrinə eLibrary.ru-da istifadəçi qismində və “Science Index” sistemində müəllif qismində qeydiyyatdan keçmək qaydaları barədə ətraflı məlumat verdi və təlim iştirakçılarının hər biri tədbir zamanı bu qaydalara riayət edərək, sözügedən elektron elmi bazasına giriş etdi.
Samir Orucov eyni zamanda РИНЦ platformasında elmi yeniliklər, müasir elm dünyasında boyük nüfuza malik elmi jurnallar haqqında məlumatları mütəmadi olaraq izləmək, bu jurnallarda nəşr olunan məqalələr ilə tanış olmaq, onlara rəy vermək və bir müəllif olaraq onlarda məqalə çap etdirmək üçün qeydiyyatdan keçməyin zəruri olduğunu əməkdaşların diqqətinə çatdırdı.
Üç pillədən ibarət olan davamlı təlimlərdə dinləyicilər aşağıdakı bacarıqları mənimsəyəcəklər:
Birinci pillədə:
· eLibrary.ru – da istifadəçi qismində qeydiyyat
· “Science Index” sistemində müəllif qismində qeydiyyat
· “НАВИГАТОР” – dan istifadə qaydaları
· “Şəxsi kabinet”dən istifadə qaydaları
İkinci pillədə:
· “Kаталог журналов” – dan istifadə qaydaları
· eLibrary.ru – da “Elmi xəbərlər” jurnalının səhifəsindən istifadə qaydaları
· Saytda mövcud alətlərdən istifadə qaydaları (elmi məqalələrə baxış, yükləmə, seçmə qrupuna daxiletmə və s.)
Üçüncü pillədə:
( “Science Index” sistemində 10 gün ərzində qeydiyyata alınandan sonra)
· Məqalələrə rəylərin əlavə edilməsi qaydaları
· Məqalələrin qiymətləndirilməsi qaydaları
· Məqalələrə sitatgətirmə qaydaları
Sonda dinləyicilərə sertifikatlar veriləcək.
Mətbuat xidməti