Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə BMU-nun birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
Yerləşdirilmə tarixi : 24 Aprel 2021 20:25
SDU ilə BMU-nun birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
Aprelin 24-də Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi kafedrası və Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi.
Dəyirmi masada Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakülətsinin kafedra müdirləri, Bakı mühəndislik Univeristetinin İqtisadiyyat və idarəetme fakültəsinin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov, İqtisadiyyat və idarəetme fakültəsinin Elmi işlər üzrə dekan muavini , i.ü.f.d. Fərid Cəbiyev iştirak etdilər.
Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının dosenti Qalib Hüseynov tədbiri açaraq biznesin tədrisi sahəsində təhsil ocağının gördüyü işlərdən və bu istiqamətdə əməkdaşlıqdan danışdı. Qeyd etdi ki, Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsi son dərəcə vacib məsələdir. Əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək. Dosent Qalib Hüseynov çıxışının sonunda texnoloji açılımlar, praktikyönül tədris, beynəlxaq auditoriaya, iş dünyasına çıxış baxımından tədbirin əhəmiyyətini xüsusi qeyd etdi və bu sahədə Bakı Mühəndsilik Universitetinin yaxşı tərəfdaş olduğunu diqqətə çatdırdı, hər iki universitetin rəhbərliyinə birgə fəliyyəti dəstəklədiklərinə görə təşəkkürünü bildirdi.
Mövzunun aktuallığından bəhs edən Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Nəsimi Kamalov vurğuladı ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur.Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi inkişafın hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir.
Dosent Nəsimi Kamalov Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının birgə əməkdaşlıq barədə təşəbbüsünü alqışladığını bildirdi, hər iki universitetin rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi. Gələcəkdə əməkdaşlığa ölkəmizin digər universitetlərinin, eləcə də xarici elm-təhsil müssisələrinin, və iş dünyası təmsilçilərinin qatılmasının niyyətində olduğunu əlavə etdi.
Bakı Mühəndislik Universitetinin dosenti Murad İsgəndərov “Biznes təhsilində layihə metodundan istifadə təcrübəsi”, Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova “Biznes təhsilinin aktual problemləri”, Bakı Mühəndislik Universitetinin dosenti Təyyar Mustafayev “Universitet-iş dünyası əməkdaşlığının inkişaf perspektivləri”, Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının baş müəllimi İmran Əmirov “Biznes təhsilində keyfiyyətin idarə edilməsi”, Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi kafedrasının Tədris məsləhətçisi Xəqani Bəşirov “Biznes sahəsində tədris aparan akademik heyətin idarə edilməsi sahəsində problemlər və həll yolları” mövzularında məruzə ilə çıxış etdilər. Qeyd etdilər ki, Biznes təhsili insan kapitalının həcmini artırır əmək məhsuldarlığının yüksəlməsinə gətirib çıxarır, İnnovativ potensialı formalaşdırır, yeni texnologiyaların uğurlu tətbiqinə kömək edir, biznes təhsili ölkənin biznes mühitinin infrastrukturudur. İnnovativ ideyalar və məhsullar, müasir texnika və texnologiyanın səviyyəsi, qloballaşan iqtisadiyat, dəqiq və vaxtında-çatarlılıq və dəyərlilik meyarları, informasiya və informasiya iqtisadiyyatı, tez-tez baş verən böhranlar və onlardan çıxış yollarının müəyyən edilməsində biznes təhsilinin mühüm rolu vardır. Dəyirmi masanın keçirilməsində də məqsəd biznesin tədrisi sahəsində problemləri üzə çıxarmaq və onların həlli yollarının müzakirəsidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az