SDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn formatda şahmat yarışına start verildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş əməkdaşlar arasında onlayn formatda şahmat yarışına start verildi.
Yarışın keçirilməsində məqsəd əməkdaşlar arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.
Qeyd edək ki, yarışda Sumqayıt Dövlət Universitetinin və SDU-nun nəzdində fəaliyyət göstərən SDTK -nın əməkdaşlarından ibarət 8 komanda iştirak edir.
Mətbuat xidməti