Sumqayıt Dövlət Universtetinin tələbələri Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasında iştirak etdilər
May ayının 19–21 tarixlərində Sumqayıt Dövlət Universtetinin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan II kurs tələbəsi Qüdrət Ağazadə və III kurs tələbəsi Seymur Talıbov Rusiya Federasiyasının Velikiy Novqorod (Великий Новгород) şəhərində keçirilən Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasında iştirak etdilər. Assambleyaya onlayn formatda qatılan tələbələrimiz Avrasiya Patent Universiadasında qalib olduqları "Tibbi müəssisələrdə koronavirusun (COVID–19) aşkarlanması və avtomatik olaraq aradan qaldırılması üçün mobil robot" layihəsini ingilis dilində assambleya üzvlərinə və iştirakçılara təqdim etdilər. Qeyd edək ki, Azərbaycan komandasının elmi rəhbərləri professor Cavanşir Məmmədov və dosent Qurban Abdullayev olmuşdur.
3 gün davam edən assambleyada dünyanın müxtəlif ölkələrindən, beynəlxalq müsabiqələrin qalibləri iştirak edərək, Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasında robototexnika və mexatronika sahəsi üzrə 25 layihə təqdim etmişlər.
Mətbuat xidməti