SDU-nun tələbələri IV beynəlxalq tələbə olimpiadasında iştirak etdilər
Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən istedadlı gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində uğurlu layihələr gerçəkləşir, nəticədə, tələbələrimizin beynəlxalq olimpiadalarda nailiyyətləri ildən-ilə artır. Mayın 24-də Ufa Dövlət Neft Texniki Universitetində qarışıq (əyani və distant) formatda prof. K.F.Boqatıx adına Kimya texnologiyasının proses və aparatları fənnindən IV beynəlxalq tələbə olimpiadası keçirildi.
UDNTU-nun rektoru O.A.Baulin olimpiada iştirakçılarını salamlayaraq bildirdiki, ümumilikdə Rusiya Fedrasiyasından (Moskva, Sankt-Peterburq, İrkutsk, Ekatirinburq, Samara, Perm, Yaroslavl, Qroznu, Tver, Tomsk, Kazan, Salavat və UFA), Azərbaycan (Sumqayıt), Qazaxıstan (Atırau), Özbəkistan (Fərqanə), Afrika ölkələri və Kubadan 20 komandada 69 tələbə iştirak edəcəkdir. Rektor onlara uğurlar arzulayaraq olimpiadanı açıq elan etdi.
Olimpiadaya Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 311 saylı qrupunun tələbələri: Qönçə Əhmədova, Nərmin Xasıyeva, 312 saylı qrupun tələbəsi Solmaz Məhəmmədzadədən ibarət komanda ilə qatılmışlar.
Biz də öz növbəmizdə onlara uğurlar arzulayırıq.
Mətbuat xidməti