Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsində 28 May - Respublika Gününə həsr olunmuş “Yurdum, yuvam, məskənimsən” adlı onlayn formatda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 25 May 2021 13:10
SDU-nun Mühəndislik fakültəsində 28 May - Respublika Gününə həsr olunmuş “Yurdum, yuvam, məskənimsən” adlı onlayn formatda tədbir keçirildi
Mayın 25-də SDU-nun Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May − Respublika Gününə həsr olunmuş “Yurdum, yuvam, məskənimsən” adlı onlayn formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Ulduz Ağayev açaraq, 28 May−Respublika Günü münasibətilə kollektivi və tələbələri təbrik etdi, Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötdüyünü qeyd etdi. Bildirdi ki, Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir. Xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdı. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub-saxlamaq qurban tələb edir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. Ulu öndərin dediyi kimi, “müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub-saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır. “Qazanılmış müstəqilliyi qoruyub-saxlamaq gələcəyimiz olan siz gənclərin üzərinə düşür. Bu yolda hər bir tələbəyə uğurlar arzulayıram!”.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mühəndislik fakültəsinin tələbələri: Səkinə Babayeva, Aysun Əhmədzadə, Nuranə Kərimova çıxış edərək bu müstəqilliyin ömrünün az olmasına – 23 ay yaşamasına baxmayaraq, bununla gələcəkdə böyük zəfərlərin təməli qoyulmuş olduğunu qeyd etdilər. Tələbə Sevinc Mehralıyeva “Azərbaycan”, Səkinə Babayeva Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirlərini səsləndirdilər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az