SDU-nun professoru UDNTU-nun tələbələrinə mühazirə oxudu
Mayın 27-də Ufa Dövlət Neft Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti arasındakı əməkdaşlıq çərçivəsində Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev UDNTU-nun tələbələrinə “Katalizin əsasları” mövzusunda növbəti dəfə onlayn formatda mühazirə oxudu. Mühazirədə UDNTU-nun texnoloji ixtisasları üzrə təhsil alan 50-dən artıq tələbə və Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Tatyana Rudolfovna Prosoçkina iştirak etdilər.
Mətbuat xidməti