Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı
Yerləşdirilmə tarixi : 27 May 2021 18:50
SDU ilə Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı
Mayın 27-də Sumqayıt Dövlət Universitetində universitetin Elektrotexnika və energetika və Bərk cisim və yarımkeçiricilər fizikası kafedralarının “Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” Açıq Səhmdar Cəmiyyəti nəzdində fəaliyyət göstərən filiallarının yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləni Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov imzaladılar.
Rektor professor Elxan Hüseynov qonağı salamladı və qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Rektor ölkə başçısı cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət, qayğıdan söz açdı. Bildirdi ki, bu mühüm amil dövlət siyasətinin prioritetləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti bir çox layihələrə imza ataraq, əlaqələrini yüksək səviyyəyə çatdırmışdır. SDU dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır. Universitetdə tədrisin keyfiyyəti baxımından, həm də auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, II tədris binasının həyətində açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksəkgərginlikli yarımstansiya – Tədris poliqonu yaradılmışdır. Rektor onu da qeyd etdi ki, bu gün SDU-nun Fizika və elektroenergetika fakültəsinin qeyd olunan iki kafedrasının filiallarının açılması qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirəcək, nəticə etibarilə, təhsil alan tələbələr həmin müəssisələrdə təcrübə keçəcək, gələcəyin ixtisaslı kadrları kimi formalaşacaqlar.
Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov görüşün əhəmiyyətindən, qarşılıqlı maraq doğuran məsələlərdən, Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi müəssisəsində Sumqayıt Dövlət Universitetinin iki kafedrasının filialının yaradılmasından, imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdi. Bildirdi ki, əməkdaşlıq müqaviləsi gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq.
Sonra nümayəndə heyəti universitetin II tədris binasının həyətində açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksəkgərginlikli yarımstansiya – Tədris poliqonu ilə tanış oldu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az