Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müstəqillik günü qeyd olundu
Yerləşdirilmə tarixi : 17 Oktyabr 2014 00:00
Müstəqillik günü qeyd olundu

Oktyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Müstəqillik  gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Öncə universitetin rəhbərliyi və professor-müəllim heyəti ulu öndərin büstü önünə gül dəstələri düzərək dərin  hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycanın Dövlət himninin səsəndirilməsindən sonra tədbir açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov bu günün  mühüm tarixi  əhəmiyyətindən danışaraq vurğuladı ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Onun üçün də gərək zamanın bütün sınaqlarına hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan.  Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.Ulu öndər qarşıya çıxan bütün çətinliklərə xalqın xoşbəxt gələcəyi naminə sinə gərdi və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi yaşar  və dönməz etdi.     
Rektor onu da vurğuladı ki, əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin və qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlətimizin müstəqilliyi, bu müstəqilliyin yaradıcısı və memarı  Heydər Əliyev  yeni və qlobal dünyada ölkələrin sırasında Azərbaycanın öz yerini müəyyənləşdirdi. 1992-ci ildən Azərbaycan BMT-nin Baş məclisinin üzvü olmasına baxmayaraq, yalnız 1994-cü ildən ulu öndərimiz cıxışları ilə dünyanın beynalxalq siyasi aləminə öz imzasını atdı.Ulu öndərin siyasi kursu onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onlar bizim xalqımızın fəxri,  qürurudurlar.
Mən sizin hər birinizi bu günkü gün münasibəti ilə təbrik edirəm.    Qoy Azərbaycanımızın müstəqilliyi daimi və əbədi yaşar olsun.
Tədbirdə “Fəlsəfə və hüquq kafedrası”nın baş müəllimi Osman Hacıyev –“Azərbaycan Dövlət müstəqilliyini təmin edən tarixi şərtlər və şəxsiyyətlər ”, “Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrası”nın baş müəllimi Nofəl Abdullayev “Müstəqil Azərbaycanın dövlətçiliyinin formalaşmasında Heydər Əliyevin rolu ”, SDU-nun YAP gənclər təşkilatının sədri, Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Səma Əsədova “Azərbaycan Dövlətinin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin rolu” mövzusunda çıxış etdilər
Sonda “Müstəqillik günü” nə həsr olunmuş videofilm nümayiş olundu..

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az