Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
Yerləşdirilmə tarixi : 16 İyun 2021 16:00
SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
İyunun 16-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı, eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən yaz imtahan sessiyasının vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və digər vacib məsələlərdən də danışdı.
SDU-da “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə müsabiqənin keçirilməsi haqqında Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov çıxış etdi. Bildirdi ki, “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə müsabiqənin keçirilməsi SDU-nun Strateji İnkişaf Planının həyata keçirilməsi ilə bağlı 2021-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulmuşdur. Əsasnamənin əsas müddəaları iclas iştirakçılarının nəzərinə çatdırıldı. Müzakirədən sonra əsasnamə ilə bağlı irəli sürülən təkliflər nəzərə alınmaqla, əsasnamə təsdiq olundu.
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə hazırlıq işləri haqqında Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov çıxış etdi. Qeyd etdi ki, SDU-nun 55 illiyi 2017-ci ildə yüksək səviyyədə keçirilmiş, universitetin keçdiyi şərəfli yol “SDU – 55” kitabında şərh edilmiş, nəfis formada hazırlanmış və nəşr olunmuşdur. “SDU – 60” kitabının nəfis formada hazırlanması üçün redaksiya heyətinin müəyyənləşdirilməsi və kitabın yubiley öncəsi nəşr olunması, Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə hazırlıq işlərinin planı barədə geniş məlumat verdi. Plan təsdiq olundu. Eyni zamanda Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə hazırlıq işlərinin sistemli şəkildə və vaxtında həyata keçirilməsi üçün komissiyanın yaradılması qərara alındı.
SDU-nun Karyera Mərkəzinin 2019–2021-ci illər üzrə fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr barədə Karyera Mərkəzinin müdiri dos. Əmirxan İsayev çıxış edərək bildirdi ki, mərkəzin abituriyentlərlə, tələbələrlə və məzunlarla işinin gücləndirilməsi və fəaliyyət istiqamətlərinin genişləndirilməsi davam etdirilir. SDU Karyera Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yaratdığı Azərbaycan Karyera Mərkəzləri Şurasının fəaliyyətində yaxından iştirak edir. Dos. Əmirxan İsayev Karyera Mərkəzinin dövlət müəssisələri ilə, özəl sektorla, sahibkar və işgüzar dairələrlə əməkdaşlığının daha da genişləndirildiyini, məzunların işə düzəldilməsinə dəstək göstərildiyini diqqətə çatdırdı. Rektor Sumqayıt Dövlət Universitetinin tələbələrinə gələcəkdə öz karyeralarının qurulmasında dəstək verməyi və bu sahədə maarifləndirmə işlərinin daha da genişləndirilməsini Mərkəzin müdiri dos.Əmirxan İsayevə tapşırdı.
Cari məsələlərin müzakirəsində müvafiq ixtisaslar üzrə tədris planlarının təsdiqi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Bildirdi ki, Mühəndislik fakültəsi üzrə 050634 – Proseslərin avtomatlaşdırılması mühəndisliyi (qiyabi), 050616 – İnformasiya texnologiyaları (qiyabi), 050620 – Kompüter mühəndisliyi (qiyabi); Fizika və elektroenergetika fakültəsi üzrə 060608 – Elektroenergetika mühəndisliyi, İxtisaslaşmalar: 1. Elektrik şəbəkə və sistemləri 2. Elektroenergetika 060609 – İstilik energetikası mühəndisliyi, İxtisaslaşma: Sənaye istilik energetikası 060626 – Elektrik mühəndisliyi, İxtisaslaşma: Yüksək gərginliklər texnikası və fizikası; İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 050401 – Beynəlxalq ticarət və logistika (qiyabi) ixtisasları üzrə tədris planları təsdiq üçün Elmi Şuraya təqdim olundu. Aparılan müzakirələrdən sonra tədris planı təsdiq olundu.
Elmlər doktoru proqramı üzrə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının doktorantı olan Nemət İbayevin doktorluq dissertasiyası mövzusunun Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Humanitar Elmləri Üzrə Problem Şurasının Qərarına əsasən yeni redaktədə “Aşıq poeziyasında frazeoloji semantika” kimi təsdiq olundu.
Elmi katib tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya ümumilikdə 5 tədris vəsaiti, onlardan 2 dərs vəsaiti və 3 fənn proqramı daxil olub. Həmin tədris vəsaitlərinə uyğun elm sahələri üzrə Redaksiya və nəşriyyat Şurasının bölmələrində və universitetin Tədris-metodiki Şurasında baxılıb, ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilib. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az