SDU-nun tələbələri UDNTU-nun təşkil etdiyi “Qara Qızıl” mövzusunda keçirilən III Beynəlxalq tərcümə olimpiadasında iştirak etdilər və qalib oldular
Sumqayıt Dövlət Universitetinin tələbələri: Kimya və biologiya fakültəsinin I kurs magistrantı Kamal Orucov və I kurs tələbəsi Emilya Aslanova Ufa Dövlət Neft Texniki Universitetinin təşkilatçılığı ilə martın 20-də keçirilmiş onlayn formatda “Qara Qızıl” III Beynəlxalq Tərcümə Olimpiadasının qalibləri oldular.
Əməkdaş universitetlərin tələbə və müəllimlərinin diqqətini tərcümə, dillərarası vasitəçiliyə cəlb etmək, habelə Rusiya Federasiyası və digər dövlətlər miqyasında universitetlərarası əlaqələri genişləndirmək məqsədi daşıyan bu olimpiada, təxminən 3 min sözlük mətnin ingilis dilindən rus dilinə və ya alman dilindən rus dilinə tərcümə edilməsini tələb edirdi. Kamal Orucov və Emilya Aslanova bu tapşırığın öhdəsindən gəldilər və mükəmməl tərcümə ilə uğura nail oldular.
Bununla əlaqədar olaraq, Ufa Dövlət Neft Texniki Universiteti adından Tədris işləri üzrə prorektor İ.Q.İbrahimov universitetin Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərovaya və kafedranın müəllimi Jalə Məmmədovaya xüsusi təşəkkür məktubu ünvanlamışdı.
Əməkdaşlarımız universitetimizdə bu ab-havanı yaradan, müəllimlərin və tələbələrin beynəlxalq müsabiqələrdə müntəzəm iştirakına həvəsləndirən və şərait yaradan rektor professor Elxan Hüseynova təşəkkür etdilər. Qeyd etdilər ki, universitetimizin tələbələrinin bu kimi müsabiqələr və olimpiadalarda tez-tez iştirak etməsi və qalib olması bizim qürurumuzdur.
Mətbuat xidməti