Karyera Mərkəzləri Şurasının növbəti onlayn görüşü
İyulun 2-də Karyera Mərkəzləri Şurasının idarə heyəti tərəfindən təsdiq edilmiş karyera mərkəzlərinin keyfiyyət standartları ilə əlaqədar Karyera Mərkəzləri Şurasının idarə heyətinin üzvləri arasında onlayn formatda görüş keçirildi. Görüşdə karyera mərkəzinin idarə olunması, karyera mərkəzi əməkdaşlarının keyfiyyət göstəriciləri, təlim proqramları, təhsilalanlar üçün təlim, əməkdaşlar üçün təlim və s. məsələlər heyət tərəfindən müzakirə olundu və müəyyən təkliflər verildi.
SDU-nun Karyera Mərkəzinin müdiri dos. Əmirxan İsayev görüşdə iştirak edərək, təlim proqramları ilə əlaqədar öz təkliflərini verdi.
Mətbuat xidməti