Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə ali təhsil müəssisələri nümayəndələrinin onlayn görüşü keçirildi
Yerləşdirilmə tarixi : 15 Sentyabr 2021 15:32
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə ali təhsil müəssisələri nümayəndələrinin onlayn görüşü keçirildi
Sentyabrın 14-də Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məsul əməkdaşları və nümayəndələri ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair ənənəvi görüşü keçirildi. Görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən DMX-nin “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin üzvü Vidadi Fətullayev koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə təhsil alan əcnəbi müəllim və tələbə heyəti üçün miqrasiya sahəsində tətbiq olunan güzəştlər barədə məlumat verdi.
İştirakçılara ölkəmizdə təhsil alan əcnəbi vətəndaşların xarici ölkələr üzrə 2020-ci il və 2021-ci ilin 6 ayının statistikası, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən güzəştlər, inzibati-hüquqi məsələlər, elektron xidmətlər, migAZ tətbiqi və s. məlumatlar barədə geniş təqdimat nümayiş olundu. Daha sonra iştirakçıların çoxsaylı sualları DMX-nin əməkdaşları və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən cavablandırıldı.
Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin əməkdaşı Natavan Quliyeva iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az