Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sentyabrın 27-də Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırıldı. Elə həmin vaxtda Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsinin önündə düzüldü və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.
Mətbuat xidməti