SDU-da Zəfər Günü ilə əlaqədar fakültələrarası idman yarışlarına yekun vuruldu
8 Noyabr Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin planına uyğun olaraq, oktyabrın 25-də fakültələrarası idman yarışlarına start verilmişdir. Yarışda Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 3 idman növü (stolüstü tennis, dama və şahmat) üzrə yarışlar keçirildi. Qeyd edək ki, yarışda 8 komanda öz bacarıqlarını sınadı.
Oktyabrın 27-də fakültələrarası idman yarışlarına yekun vuruldu. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda stolüstü tennis üzrə Kimya və biologiya fakültəsi I yerə, Riyaziyyat fakültəsi II yerə, Fizika və elektroenergetika fakültəsi III yerə; şahmat üzrə Riyaziyyat fakültəsi I yerə, Fizika və elektroenergetika fakültəsi II yerə, İqtisadiyyat və idarəetmə fakültəsi III yerə; dama üzrə Riyaziyyat fakültəsi I yerə, Tarix coğrafiya fakültəsi II yerə, Filologiya fakültəsi III yerə çıxdılar.
Mətbuat xidməti