Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində tarixçi alim 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar mühazirə oxudu
Yerləşdirilmə tarixi : 02 Noyabr 2021 15:16
İqtisadiyyat və idarəetmə fakültəsində tarixçi alim 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar mühazirə oxudu
8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər planına uyğun olaraq, noyabrın 2-də İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının tələbələrinə Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli mühazirə oxudu.
Əvvəlcə ərazi bütövlüyümüzün qorunması, bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar xalqımızı təbrik etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında danışdı. Sonra Zəfər Gününə həsr olunmuş açıq dərslə bağlı sözü Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimliyə verdi.
Dosent Samir Kərimli Şanlı Qələbənin qazanılmasında müasir Azərbaycan gəncliyinin əvəzsiz rolunun olduğunu xüsusi vurğuladı. Bildirdi ki, bir il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə aparıb, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Əldə etdiyimiz tarixi Qələbə sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmiş oldu.
Samir müəllim onu da qeyd etdi ki, Azərbaycan gəncliyi tarixi qələbənin qazanılmasında fədakarlıq göstərdi. Tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. “Yüksək fəxarət hissi ilə qeyd etmək istərdim ki, erməni əsarətindən qurtulmuş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında doğma universitetimizin tələbə və məzunları da vardır. Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi, onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanılan Qələbə həm də minlərlə şəhidlərimizin qanı bahasına başa gəldi. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini birlikdə anırıq”.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az