İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsini yad etdilər
Noyabrın 4-də Zəfər Günü ilə əlaqədar olaraq, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva Zəfər Gününün tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident cənab İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Bu Zəfər Azərbaycan xalqının şanlı, tarixi zəfəridir. Qələbə Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti ilə qazanıldı. Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik!
Mətbuat xidməti