Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Buraxılış imtahan” həyəcanı
Yerləşdirilmə tarixi : 22 İyun 2015 16:43
“Buraxılış imtahan” həyəcanı

Tələbəlik illəri insan ömründə əvəzolunmaz izlər buraxır, zəngin və rəngarəng xatirələri yaddaşlara həkk edir. O günləri yada saldıqca insan ruhən gəncləşir, saflaşır. İlk zəngin sədaları  altında auditoriyaya  gəlişi  yeni həyatın başlanması,  sözün həqiqi mənasında qazanılan bilik, savadla cəmiyyətdə özünün nüfuzunu, təsdiqini tapmaq üçün ilk mərhələdir. Bəzən olur ki, tələbələr bu günləri dəyərləndirmir. Lakin zaman keçdikcə müəlimlərin onlara tədris etdikləri elm, nəzəri biliklər və tövsiyyələr onların gələcəkdə atdıqları ilk addımlarda, qurmaq istədikləri uğurlu karyerada, qarşılaşdıqları çətinliklərdə köməyə gəlir.  Bunun üçün də hər bir  tələbə istəyir ki, təhsil aldığı müddət Avropa təhsil məkanında əmək bazarında öz layiqli yerini tutsun.
Bu gün Sumqayıt Dövlət Universitetinin qarşısına qoyduğu hədəflərdən biri də tələbələr üçün yaradılan elektron lövhə və proyektorlarla,  yüksək texniki tələblərə cavab verən  və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalarla keyfiyyətli tədrisin təşkilidir. Tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün addımlar atılır.  Bunun üçün də  universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar ittifaqı, Tələbə Elmi Cəmiyyəti tələbə gənclərin ictimai işə cəlb olunmasını, onlarda fəal həyat mövqeyinin formalaşmasını təmin edir, tələbələrin səmərəli asudə vaxtının təşkilini həyata keçirirlər. Universitetin Elmi Şurasının qərarı ilə Heydər Əliyev, Nizami Gəncəvi, Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev adına təqaüdlər təsdiq olunmuşdur. Bu təqaüdlər təhsildə yüksək nəticələr əldə edən tələbələrə verilir. Bu ada layiq olmaq üçün tələbələrimiz əzmlə çalışır, imtahan zamanı yüksək nəticə əldə edirlər.
Ali təhsil müəssisələrində "diplom işi" adlanan indiki buraxılış işi tələbələrin təhsilinin son mərhələsi hesab edilir. İstiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılanması və digər bacarıqların formalaşmasında buraxılış işlərinin rolu böyükdür. Bu məqsədlə də universitetin rektoru, professor Elxan Hüseynov və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov fakültələrdə keçirilən buraxılış imtahanlarında iştirak etdilər.
İyunun 22-də rektor Elxan Hüseynov Azərbaycan tarixi,  Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının IV kurs tələbələrinin buraxılış imtahanını izlədi.
Professor Adil Baxşəliyevin elmi rəhbərliyi ilə  Ravil Abdullayev “Kitabi Dədə Qorqud dastanı tarixi mənbə kimi”, dosent Nurəddin Cəfərovun elmi rəhbərliyi ilə  Təhmasib Ağasoy “Azərbaycan orta əsr şəhərlərinin tarixşünaslığı”, dosent Rəfael Məmmədovun elmi rəhbərliyi ilə Nuranə Piriyeva “Rusiyanın işğalçılıq siyasətində erməni amili”,  professor Arif Məmmədovun elmi rəhbərliyi ilə Elmira İbadova “XVII əsrin I yarısında İngiltərə-Çin əlaqələri” mövzusunda müdafiə etdilər. Rektor tələbələrə öz suallarını, tövsiyyələrini verdi və prorektor, dosent Natiq Talıbova, dekan Adil Baxşəliyevə bildirdi ki, növbəti tədris ilində tələbələrə buraxılış işinin düzgün yazılma qaydası  I kursdan öyrədilsin. Rektor universitetimizdə keçirilən imtahanların gedişatından razılığını və tələbələrin  imtahanlara məsuliyyətlə yanaşdığına əminliyini ifadə etdi. Əhatəli diplom işlərinə görə tələbələrə və onların elmi rəhbərlərinə uğurlar arzuladı.
Sonda Müdafiə komissiyası tərəfindən tələbələr əla qiymətləndirildilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az