Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Magistrantlarımızın uğurlu çıxışı
Yerləşdirilmə tarixi : 25 İyun 2015 15:06
Magistrantlarımızın uğurlu çıxışı

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına  çevrilməsində ali təhsilin müstəsna rolu vardır. Məhz buna görə də bütün dövrlərdə və bütün cəmiyyətlərdə ali təhsilin inkişafına xüsusi önəm verilir və onun cəmiyyətin tələbatlarına uyğun təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamı bu istiqamətdə aparılan işlərin sürətlənməsinə təkan vermişdir. Əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbediciliyi və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsidir. Sumqayıt Dövlət Universiteti Boloniya prosesinin tələblərinə uyğun olaraq magistr hazırlığının məzmunu və strukturunda da yenilənmə aparmış və bu gün də yüksək səviyyədə hazırlığını aparır.
Bu məqsədlə də iyunun 24-25 tarixlərində universitetin rektoru, professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, Doktorantura və magistratura şöbəsinin müdiri Ramiz Hüseynov Filologiya və Kimya-biologiya fakültələrində magistrantarın dissertasiya işinin müdafiəsində iştirak etdilər.
Avtandil Məmmədovun  sədrliyi ilə Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Vaqif İsrafilov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, dosent Yusif Aslanov, Azərbaycan dili və dilçilik kafedrasının professoru Aslan Bayramov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Rafiq Əliyev, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhəmmədəli Mustafayevin iştirakı ilə dosent Əziz Ələkbərovun elmi rəhbərliyi ilə Turanə Misirli “Məxtumqulu Fərabinin poeziyası”, dosent Yusif Aslanovun elmi rəhbərliyi ilə Çingiz Muradlı “Sifətin tədrisində yeni təlim texnologiyalarından istifadə”, Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun  professoru Aydın Paşayevin elmi rəhbərliyi ilə Elvin Paşayev “Azərbaycan dili dərslərində motivasiya yaratmaq imkanları” mövzularında müdafiə etdilər.
Kimya və biologiya fakültəsinin magistrantı Gözəl Mikayılova Mətanət Məhərrəmovanın elmi rəhbərliyi ilə “Fəal interaktiv təlim və fəaloxu üsulu ilə şagirdlərdə nitq qabiliyyətinin inkişaf etdirilməsi” adlı dissertasiya işi  çoxsaylı suallara və müzakirələrə səbəb oldu. Rektor  bildirdi ki, magistraturada təhsilin məqsədi ölkədə yüksək ixtisaslaşdırılmış mütəxəssislərə olan tələbatın təmin edilməsi, elmi-pedaqoji və elmi-tədqiqat sahəsi üçün kadrların hazırlanması çox vacib məsələdir.
Magistrantların dissertasiya işlərinin qurluşu, fəsilləri, məzmunu barədə dolğun məlumat verdiklərini vurğulayan rektor onlara suallarını və tövsiyyələrini verdi. Qeyd etdi ki, gələcəkdə universitetimizə faydalı kadr kimi çalışmaları üçün universitet rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır.
Sonda magistrantlar universitetdə yaradılan şəraitə görə rektor Elxan Hüseynova təşəkkür etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az