Kimya və biologiya fakültəsində “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktiki seminar keçirildi
Noyabrın 9-da Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktiki seminar keçirildi.
Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Nizami Namozov çıxış edərək əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirdi.
Seminarda Kimya və biologiya fakültəsinin dekan müavini Sabir Ələkbərov, TEC-in elmi rəhbəri Lalə Bünyatova və TEC-in sədri Şəfa İsayeva mövzu ilə bağlı çıxış etdilər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, auditoriyanın çoxsaylı sualları cavablandırıldı.
Mətbuat xidməti