Tələbə Gənclər Təşkilatı və Eland Education tədris mərkəzi ilə birlikdə tələbələrə danışıq saatı təşkil edildi
Dekabrın 11-də Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Hədəf 5%” proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və Eland Education tədris mərkəzi ilə birlikdə danışıq saatı təşkil olundu.
İngilis dili səviyyəsinə uyğun olaraq 3 mərhələdə keçirilən danışıq saatlarında tələbələr aktiv şəkildə iştirak edərək həftə sonu asudə vaxtlarını faydalı dəyərləndirmək imkanı əldə etdilər.
Mətbuat xidməti