Oktyabrın 22-də SDU-nun kitabxanasında universitetin Tələbə həmkarlar  Təşkilatı və Tələbə Gənclər Təşkilatı   tələbələr arasında  “Harada?, Nə  zaman?, Nə?” ənənəvi intellektual bilik yarışması keçirdi.
  Tədbiri giriş sözü ilə açan  SDU-nun Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov yarış  iştirakçılarını universitetin rektoru adından salamladı və belə yarışların son  illər daha tez-tez  keçirilməsinin  əhəmiyyətindən danışdı və  yarış iştirakçılarına  uğurlar arzuladı. 
  Ənənəvi bilik yarışında SDU-nun 7 fakültəsinin 7 komandası iştirak edirdi.  Üç turda keçirilən bilik yarışında  üç  yer uğrunda mübarizə yarış  boyu həyəcan və  gərginliklə davam etdirildi. Otuz altı sualı əhatə edən bu yarış 2 saatdan  artıq bir vaxtı əhatə etdi. Yarışın sonunda 3 komanda qalib hesab olundu. 
  I yerə Filologiya fakültəsinin “Naturalist”, II yerə İqtisadiyyat və  İdarəetmə fakültəsinin “Akses” III yerə Tarix və Coğrafiya fakültəsinin “  Oveelvion” komandası çıxdılar.
  I yerə layiq görülən  Filologiya fakültəsinin “Naturalist” komandası kubok və müxtəlif hədiyyələr,  II  və III yeri tutan iki komanda  isə mükafatlarla təltif olundular.
  Qaliblərə hədiyyələri Humanitar məsələlər üzrə prorektor Nizami  Namazov, Tədris hissə müdiri  İsabal  Qurbanov, rektor məsləhətçisi Ulduz Ağayev təqdim etdilər. 
  Tələbə Həmkarlar Təşkilatının  sədri Nemət İbayev tələbələrin asudə vaxtlarının səmərəli keçirimələri üçün  yaradılan yeni-yeni layihələrin reallaşmasında yaratdığı şəraitə görə  universitetin rektoru Elxan Hüseynova minnətdarlığını bildirdi. Həmçinin   yarışın  sonuna qədər obyektivliyi təmin etdiklərinə görə appelyasiya komissiyasının  üzvləri Vüqar Ağayev və Seymur Salahova  təşəkkürünü bildirdi.
Mətbuat xidməti
                
             