Tələbələrimiz “20 Yanvar şahidlərin xatirələrində” adlı görüşdə iştirak etdilər
Yanvarın 18-də "Hədəf 5%"proqramı çərçivəsində SDU-nun Tələbə Gənclər Təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Sumqayıt nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar şahidlərin xatirələrində” adlı görüş baş tutdu.
Görüşdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, GİKM Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, SDU-nun TGT sədri Tayfun Hacılı, 20 Yanvar hadisələrinin şahidi olmuş şəxslər, gənc fəallar: Əbülfəz Mamedov və Etibar Məmmədov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışdılar. Həmçinin hadisənin fraqmentləri əsasında hazırlanmış videoçarx da iştirakçılara təqdim olundu.
Mətbuat xidməti