Tələbəmiz “Gənclər həftəsi” çərçivəsində keçirilən stolüstü tennis yarışının qalibi oldu
Yanvarın 31-də "2 Fevral – Azərbaycan Gəncləri Günü” nün təsis edilməsinin 25 illiyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər arasında stolüstü tennis yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki aktivlik səviyyəsinin yüksəldilməsi və asudə vaxtın səmərəli təşkilidir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında Sumqayıt Dövlət Universitetinin tələbəsi Aslan Musazadə I yerə layiq görüldü.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olundular.
Qeyd edək ki, yarış koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq epidemioloji qaydalara və metodik göstərişlərə uyğun olaraq keçirilmişdir.
Mətbuat xidməti