Sumqayıt Dövlət Universitetində koronavirus əleyhinə növbəti dezinfeksiya işləri aparıldı
Fevralın 11-də Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparıldı. Aparılan dezinfeksiya işlərində yüksəkkeyfiyyətli dərman preparatlarından istifadə olundu.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da ardıcıl işlər həyata keçirilir. Həmçinin dəhlizlərdə əməkdaşların yoluxma riskini azaltmaq məqsədilə quraşdırılmış xüsusi dezinfeksiyaedici aparatların sayı artırılmışdır.
Mətbuat xidməti