Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbiri keçirildi
Yerləşdirilmə tarixi : 24 Fevral 2022 12:35
Fakültələrdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbiri keçirildi
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə fakültələrdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş onlayn formatda anım tədbirləri keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışçılar Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün görülən işlər barədə danışdılar. Bildirdilər ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 30 il keçir. 1992-ci il fevralın 26-da ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir. Natiqlər onu da vurğuladılar ki, Xocalı soyqırımına siyasi–hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra verilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində uğurla həyata keçirilir.
Çıxışçılar onu da vurğuladılar ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qaldı, Azərbaycan xalqı qalib xalqa çevrildi. 44 günlük Vətən müharibəsində Xocalı qatillərinin əksəriyyətinin rəşadətli ordumuz tərəfindən məhv edilməsi məhz bu gün Xocalı qurbanlarının ruhunun şad olduğuna bir zəmin yaradır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az