Əməkdaşlarımız Türkiyənin İstanbul Gəlişim Üniversitetində (İGÜ) Beynəlxalq Tətbiqi sosial elmlər konfransında uğurla iştirak etdilər
10‒11 mart tarixlərində Türkiyənin İstanbul Gəlişim Üniversitetində (İGÜ) Beynəlxalq Tətbiqi sosial elmlər konfransı (Uluslararası Uygulamalı Sosyal Bilimler Konfransı (USBK 2022)) keçirildi.
Konfransda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti iştirak etdilər.
Qeyd edək ki, İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının dosenti i.f.d. Lalə Vəliyeva konfransın Təşkilat komitəsi və Elm Şurasına üzv təyin edildi. İstanbul Gəlişim Üniversiteti tərəfindən SDU-nun İqtisadiyyat kafedrasının dosenti i.f.d. Lalə Vəliyeva və Dünya iqtisadiyyatı və marketinq kafedrasının dosenti i.f.d. Şəfiqə Məmmədova konfransa əyani iştirak etmək üçün dəvət olunmuşdular. Konfransın bölmə iclaslarında dos. Lalə Vəliyeva “Ekonomik güvenlik stratejisinde sosyal politika” və dos. Şəfiqə Məmmədova “Doğal kaynakların ekonomik kalkınma üzerindeki etkisi” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransda SDU-nun digər əməkdaşları: prof. Şirxan Səlimov, i.f.d., dosent Aynurə Yəhyayeva, i.f.d., dosent Məlahət Pənahəliyeva, i.f.d., dosent Lalə Mahmudova, i.f.d., dosent Loğman Abdullayev, i.f.d., dosent Dilarə Əmiraslanova, i.f.d., dosent Səadət Hümbətəliyeva, i.f.d., baş müəllim Şəhla Cəmilzadə, i.f.d., baş müəllim Lyudmila İsmayılova, i.f.d., baş müəllim Kəmalə Əzizova, baş müəllim Elnarə Məmmədova, baş müəllim Səxavət Məmmədova, i.f.d., baş müəllim Gülnarə Əhmədova, assisentlər: Sədaqət Əliyeva, Şöhrət Əliyeva, Könül Şirvani və böyük laborant Nuranə Rzayeva onlayn formatda iştirak etdilər. Konfransda iştirak etmiş bütün əməkdaşlara İstanbul Gəlişim Üniversitetinin serfitikatları verildi.
Mətbuat xidməti