Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Aprel döyüşlərinin 6-cı ildönümünü qeyd etdilər
Yerləşdirilmə tarixi : 04 Aprel 2022 16:00
SDU-nun tələbələri Aprel döyüşlərinin 6-cı ildönümünü qeyd etdilər
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu hadisə aprel döyüşləri kimi tarixə düşdü.
Aprelin 4-də Sumqayıt Dövlət Universitetinin ayrı-ayrı fakültələrində Aprel döyüşlərinin 6-cı ildönümü ilə bağlı tədbirlər keçirildi.
Əvvəlcə tədbir iştirakçıları  şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Fakültə dekanları çıxış edərək rəşadətli ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın bir hissəsini aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibədə geri qaytarılması barədə geniş məlumat verdilər. 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətdiyini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirdilər. Qeyd etdilər ki, Aprel döyüşlərində universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabzadə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid olan məzunumuzun xatirəsi universitet əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulur, onun qəhrəmanlığı gələcək nəsillərə nümunə kimi təbliğ olunur. Azərbaycan xalqının çağdaş tarixində Aprel döyüşləri nin böyük əhəmiyyəti vardır. Məhz bu ağır döyüşlərdə işğalçı Ermənistan üzərində qazanılan ciddi hərbi uğur dörd il sonra 44 günlük şanlı Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi Zəfərinin əsasını qoydu.
Tədbirdə digər natiqlər çıxış edərək Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verdilər. Bildirdilər ki, Aprel zəfəri ordu‒xalq birliyinin təntənəsinə çevrildi. Bu birlik Vətən müharibəsində “Dəmir yumruğa” çevrilərək çoxmilyonlu Azərbaycan xalqının vahid məqsəd uğrunda səfərbər olunmasını təmin etdi. Bu baxımdan Aprel döyüşləri Azərbaycan xalqını tarixi qələbəyə aparan yolun həlledici mərhələsinin başlanğıcını təşkil edir. Aprel döyüşləri xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür.
Sonra tələbələrin ifalarında  Aprel döyüşlərinə həsr edilmiş şeirlər, mahnılar səsləndirildi və Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az