Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Tələbə Krediti Fondunun nümayəndələri SDU-da oldular
Yerləşdirilmə tarixi : 05 Aprel 2022 18:40
Təhsil Tələbə Krediti Fondunun nümayəndələri SDU-da oldular
Aprelin 5-də Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimovun rəhbərliyi ilə fondun nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində oldu.
Təhsil Tələbə Kreditinin Universitet üzrə məsul şəxsi Tədris-Metodiki Mərkəzin tədris bölməsinin müdiri Sabir Behbudov çıxış edərək qonaqları salamladı və Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışdı. Qeyd etdi ki, fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir.
Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov tələbə krediti ilə bağlı ətraflı məlumat verərək slayd təqdim etdi, mexanizmin üstünlüklərindən danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Ağca Məmmədova fondun yaradılması, fəaliyyəti, bu günədək gördüyü işlər barədə ətraflı məlumat verdi.                 
Sonda  Təhsil Tələbə Kreditinin  ayrı-ayrı fakültələr üzrə məsul şəxslərinin, TGT-nin sədri Tayfun Hacılı və tələbə-könüllülərinin iştirakı ilə keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar fond nümayəndələri tərəfindən cavablandırıldı, müzakirələr zamanı təhsil tələbə kreditinə dair təkliflər səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az