Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş fakültələrarası idman yarışlarına start verildi
Yerləşdirilmə tarixi : 11 Aprel 2022 14:27
SDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş fakültələrarası idman yarışlarına start verildi
Aprelin 11-də Sumqayıt Dövlət Universiteti və universitetin nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 5 idman növü (stolüstü tennis, dama, şahmat, voleybol və basketbol) üzrə yarışlarına start verildi.
Yarışı universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov açaraq universitetin rektoru adından iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Bildirdi ki, son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. 
Elmar Xəlilov onu da diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakter daşıyır. Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdirilməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı cənab  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. Azərbaycanda idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı Sumqayıt Dövlət Universitetinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Burada elm və təhsil sahəsi ilə yanaşı, idman sahəsində də böyük uğurlar əldə olunur. Çox sevindirici haldır ki, Azərbaycanın medal xəzinəsində idmançı tələbələrimizin də böyük payı vardır.
Qeyd edək ki, yarışa ilk olaraq stolüstü tennis idman növü üzrə qatılan tələbələr başladılar və 8 komanda öz bacarığını sınadı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az