SDU-nun tələbələri V Beynəlxalq olimpiadada qalib oldu
Aprelin 5-də Ufa Dövlət Neft Texniki Universitetinin Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının təşkil etdiyi “Texniki sistemlərin avtomatlaşdırılması” adlı V Beynəlxalq olimpiada keçirildi.
Olimpiada ölçü vasitələrinin metroloji təminatı, avtomatik idarəetmə nəzəriyyəsi, avtomatlaşdırmanın texniki vasitələri, texniki ölçmə cihazları, elektronika və elektrotexnika, funksional avtomatlaşdırma sxemləri kimi bir neçə geniş sahəni əhatə etdi.
Olimpiada onlayn formatda, iki mərhələdə keçirildi. I mərhələ fərdi formada texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə, II mərhələ isə komanda şəklində texniki sistemlərdə idarəetmənin avtomatlaşdırılmasının əsasları bölməsi üzrə keçirildi.
Əyani və onlayn formatda keçirilən olimpiadada Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 625-ci qrup tələbələri: Qüdrət Ağazadə, Əli Həsənli, Ceyran Məmmədova və Pərviz Həsənov onlayn formatda iştirak etdilər.
Nəticələr aprelin 8-də elan olundu. Mühəndislik fakültəsinin 625-ci qrup tələbəsi Qüdrət Ağazadə fərdi formada iki bölmə: texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə III yerə layiq görüldü.
Komanda yarışında isə tələbələrimiz “Məntiqi qurğuların sintezi klassik təqdimat proseduru” nominasiyası üzrə qalib komanda oldu.
Mətbuat xidməti