Son dövrlər Sumqayıt Dövlət Universiteti tədrisin keyfiyyətinin  yüksəldilməsi istiqamətində bir çox uğurlu layihələrə imza atır. Bunlardan biri  də  beynəlxalq əlaqələrini inkişaf  etdirilməsi üçün Erzamus + proqramında iştirak etməsi və proqram çərçivəsində  mühüm nailiyyət əldə etməsidir. 
Avropa İttifaqının 2014-2020-ci illər üzrə nəzərdə tutulmuş  təhsil, kadr hazırlığı, gənclər və idman sahəsində  Erazmus +   proqramının müsabiqəsi keçirilmişdir. Ali təhsilin potensialının  artırılması sektorunda müsabiqənin nəticələri elan edilmişdir. “Rusiya  Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi  üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda layihəyə  qrant ayrılmışdır. Adından da göründüyü kimi, layihənin əsas  məqsədi binaların enerji və ekoloji səmərəliliyi üzrə əyani və distant təhsil  formatında müvafiq  peşə bakalavrı  hazırlamaq və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığını təkmilləşdirməkdir.
Bu beynəlxalq layihədə layihənin direktoru : İncəsənət və sənətkarlıq  üzrə milli konservatoriya  CNAM  Paris ( Fransa ); texniki koordinatoru: Təhsil  və ixtisas üzrə işlə təminat üzrə ictimai maraq qrupu GİPFİPAG (Fransa); keyfiyyət  üzrə eksperti : Tsentar za razvitiye i vnedryavane na evropeiski praktiki  Ltd-CRVEP Sofya (Bolqarıstan); distant təhsil üzrə eksperti : Beynəlxalq  Telematika Universiteti UNİNETTUNO Roma   (İtaliya); Avropa eksperti: Azərbaycan üçün referent: İncəsənət və Ron  ALP sənətkalığı üzrə Milli konsrevatoriyalar idarə Assosiasiyası AGNAM Lyon  (Fransa); Çin üçün referent: Sevilya Universiteti (İspaniya); Russiya üçün  referent: Texnika, iqtisadiyyat və mədəniyyat Ali məktəbi Leipzig (Almaniya); resurs  üzrə tərəfdaşlar: Torino Politexnik İnstitutu və Pavia DEGLİ STUDİ Universiteti  (İtaliya) olacaqlar.
Layihədə akademik tərəfdaşlar kimi Azərbaycandan Azərbaycan  Texniki Universiteti ( Azərbaycan üzrə koordinator), Azərbaycan Memarlıq və  İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti; Çindən Harbin Texnologiya  İnstitutu (Çin üzrə koordinator ), Dalian Texnologiya İnstitutu və Beijing  Texnologiya universiteti; Rusiyadan Uzaq Şərq Federal Universiteti (Yakutsk,  Rusiya üzrə koordinator kimi), Sibir Nəqliyyat Universiteti (Novosibirsk), Tuva  Dövlət Universiteti (Kızıl), İrkutsk Dövlət Texniki Universiteti (İrkutsk),  Uzaq Şərq Federal Universiteti (Vladivostok), Peşə-Texniki təhsil üzrə Dövlət  Komitəsi (Yakutsk) və Dövlət Dağ-Mədən Universiteti (Yekaterinburq) iştirak edəcəklər.
Layihənin  15 oktyabr 2015-ci ildən başlanması planlaşdırılır. Layihənin ümumi müddəti 36  ay, ümumi büdcəsi  isə 999 200 € təşkil  edir.
Mətbuat xidməti