Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpası yolları” mövzusunda Respublika elmi konfransı keçirildi
Yerləşdirilmə tarixi : 14 Aprel 2022 16:02
SDU-da “Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpası yolları” mövzusunda Respublika elmi konfransı keçirildi
Aprelin 14-də Sumqayıt Dövlət Universitetində Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpası yolları Respublika elmi konfransı onlayn formatda keçirildi.
Konfransda AMEA-dan və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən nümayəndələr iştirak etdilər. 
Konfransı universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Qafar Atayev açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd etdi. Bildirdi ki, düşmən üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə oldu, erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. Tarixi ədaləti şanlı Zəfərlə bərpa edən Azərbaycan 30 ilə yaxın müddət əarzində  erməni işğalı altında qalmış və tamamilə dağıdılmış əraziləri sürətlə bərpa edir. Bu ərazilərdən erməni vəhşiliklərinin izləri yavaş-yavaş silinir. Düşmənin işğal dövründə xarabalığa çevirdiyi ərazilərimizdə sürətli tikinti işləri gedir. Yeni yol-nəqliyyat infrastrukturu yaradılır, elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Qarabağın bərpası bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, bərpa işlərinin həyata keçirilməsində "ağıllı" texnologiyalar tətbiq olunur, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması məsələsi qarşıya vəzifə kimi qoyulub. Şanlı Zəfərdən sonra Qarabağda həyat bərpa olunur, düşmənin xarabalığa çevirdiyi torpaqlarımız yenidən dirçəlir.
Prorektor Qafar Atayev onu da qeyd etdi ki, Azərbaycan özünün çoxnövlü və xarakterik qlobal əhəmiyyətli bioloji çeşidliliyi ilə Qafqaz regionunun biomüxtəliflik baxımından ən zəngin ölkələrindən biri hesab olunur. Bu gün  işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Vahid Azərbaycan dövləti inamla inkişaf edir və bərpa-quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir.
AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov “Ksilotrof makromisetlərin yeməli növlərinin müxtəliftəyinatlı bioloji aktiv maddələrin produsenti kimi istifadəsinin perspektivləri”, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru professor Ulduz Həşimova “Azərbaycanda herontoloji tədqiqatlar: müasir vəziyyəti və inkişaf perspektivləri”, SDU-nun Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşalıyev “İşğaldan azad olunmuş ərazilərin biomüxtəlifliyi və bioloji tədqiqatların aparılması perspektivləri” mövzularında məruzə etdilər. Qeyd etdilər ki, işğaldan azad olunmuş Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ bölgələri bitki və heyvanların növ müxtəlifliyinə görə zəngindir. Son 30 ildə Ermənistan tərəfindən bu ərazilərimizin işğalı nəticəsində təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bu ərazilərin təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan dəymişdir. Erməni yırtıcılarının törətdiyi ekoloji terror nəticəsində işğaldan azad olmuş ərazilərin biomüxtəlifliyi qəsdən və qanunsuz şəkildə məhv edilmiş, təbii resursları vəhşicəsinə istismar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılır.
Konfransın sonrakı işi haqqında məsul katib, SDU-nun Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşalıyev  məlumat verdi. Bildirdi ki, konfransa 74 məqalə və tezis daxil edilmişdir.
Konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az