SDU-nun əməkdaşı ADA Universitetində yaradılan Beyin Mərkəzinin üzvü seçildi
Aprelin 15-də ADA universitetində Institute of Diplomacy and Development (Siyasət və İnkişaf İnstitutu) Beyin Mərkəzinin fəaliyyətinə start verilmişdir. İnstitutun idarə heyətinin tərkibinə idarə heyətinin rəhbəri, ADA Universitetinin təsisçisi və rektoru professor Hafiz Paşayev, Qəyyumlar Şurasının direktoru, ADA universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, tədqiqat qrupunun rəhbəri, Serbiyadan olan mütəxəssis Damjan Krnjevic Miskovic daxildir.
Beyin Mərkəzinin məqsədi Azərbaycanda ictimai-siyasi istiqamətdə aparılan araşdırmaların mükəmməlləşdirilməsidir. Eyni zamanda institutun ingilis dilində dərc olunan “İpək yolu regionunda siyasət perspektivləri” jurnalı qonaqlara təqdim olundu.
Müxtəlif ali təhsil müəssisələrinin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tədqiqat qrupunun tərkibinə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva da daxil edilmişdir.
Mətbuat xidməti