Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi “YARAT” ın “Dumanlar başımda dastana döndü” səyyar sərgisində oldu
“YARAT” Müasir İncəsənət Məkanının Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində açdığı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisi davam edir. Sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Aprelin 15-də SDU-nun Filologiya fakültəsinin Xarici dillər kafedrasının müəllimlərinin təşəbbüsü ilə 926 saylı qrup tələbələri Sumqayıt Dövlət Rəsm qalereyasında oldular.
Yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar ruhumda dastana çevrildi” adlı YARAT səyyar sərgisi Qarabağ münaqişəsinə və Zəfər gününə həsr olunmuşdu.
Rəssamların əsərləri Qələbəyə aparan yolları əks etdirirdi. Qaçqınların həyatının çətinliklərindən bəhs edən ağ-qara fotoşəkillər, rəqəmsal quraşdırma da böyük marağa səbəb oldu. Sərginin bütün əsərləri öz aralarında fəal dialoqa girərək, Qarabağ münaqişəsinin, milli kontekstin mürəkkəb mənzərəsini ortaya qoyur.
Ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
Sərgi iştirakçılarda xoş təəssürat yaratdı.
Mətbuat xidməti