Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz AMEA-nın Mikrobiologiya İnstitutunda oldular
Yerləşdirilmə tarixi : 18 Aprel 2022 16:57
Tələbələrimiz AMEA-nın Mikrobiologiya İnstitutunda oldular
Aprelin 15-də SDU-nun Kimya və biologiya fakültəsinin  324-cü qrup tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Kəmalə İsayevanın rəhbərliyi ilə  AMEA-nın Mikrobiologiya İnstitutunda oldular. 
Tələbələr AMEA-nın Mikrobiologiya İnstitutunda Su və mikrobioloji biotexnologiya laboratoriyası və quraşdırılmış müxtəlif model texniki avadanlıqlarla tanış oldular. Tələbələrə Mikrobiologiya İnstitutunun  Su mikrobiologiyası kafedrasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov tərəfindən suyun müayinə metodları  və istifadə edilən cihazlar barədə məlumat verildi. 
Sonra Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmlər doktoru, dosent  Könül Baxşalıyeva tələbələrə qidalı mühitlər, onların hazırlanması və saxlanılması, təmiz kulturanın alınması, mikroorqanizmlərin becərilməsi, boyanma üsulları barədə məlumat verdi, eləcə də əyani şəkildə göstərdi. Həmçinin tələbələrə Mikrobiologiya İnstitutunda müxtəlif istiqamətli elmi-tədqiqat işləri və bu işlərin aparılması üçün lazım olan proseslər haqqında tədqiqatçıların özləri tərəfindən geniş məlumat verildi. Bütün bunlar tələbələrin böyük marağına səbəb oldu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az