Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə beynəlxalq seminar keçirildi
Yerləşdirilmə tarixi : 29 Aprel 2022 15:32
SDU-nun İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə beynəlxalq seminar keçirildi
Aprelin 29-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat  kafedrasının təşkilatçılığı, Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik və X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat kafedralarının iştirakı ilə “Milli iqtisadiyyatların 2021-ci il üzrə yekunları”  mövzusunda onlayn formatda beynəlxalq seminar keçirildi.
Seminarda SDU-nun İqtisadiyyat  kafedrasının müdiri dos.Lalə Mahmudova  çıxış edərək iştirakçıları salamladı və seminarın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, ölkəmizdə yürüdülən uzaqgörən, məqsədyönlü, praqmatik siyasətin nəticəsi  olaraq dünyada tüğyan edən və bir çox ölkələrdə iqtisadi tənəzzülə səbəb olan  COVID -19 pandemiyasına rəğmən,  2021-ci ildə Azərbaycanda ÜDM 5%, qeyri-neft sektoru  7,2% artıb. Bu istiqamətdə ölkədə kifayət qədər valyuta rezervlərinin olması, həmçinin biznesi dəstəkləyən tədbirlərin həyata keçirilməsinin öz müsbət nəticəsini verdiyini, Azərbaycan iqtisadiyyatının qonşu ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha az zərər çəkdiyini diqqətə çatdırdı.
SDU-nun İqtisadiyyat  kafedrasının baş müəlimi Məhəmməd Əhmədov çıxış edərək ölkə iqtisadiyyatının əsas inkişaf lokomotivi olan enerji sahəsini təhlil etdi, Avropa İttifaqı ölkələrinə 7 mlrd kubmetrdən çox qaz təchiz etməklə,Azərbaycanın həm də etibarlı tərəfdaş kimi özünü bir daha təsdiqlədiyini vurğuladı.  
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri Olqa Mamatelaşvili  pandemiyanın səbəb olduğu resessiyadan dinamik çıxışdan sonra dünya iqtisadiyyatının artım templərinin bir qədər  zəifləməsinin müşahidə olunduğunu,  Rusiya Federasiyasında 2021-ci ilin  ilk doqquz ayı ərzində  federasiya büdcəsinin gəlirlərinin artdığını, qeyri-neft gəlirlərinin həcminin 60% yüksəldiyini, əmək bazarlarının bərpa olunduğunu, 2021-ci ildə işəgötürənlərin  vakansiyalar haqqında  elanlarının 24% artdığını qeyd etdi. 
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının professoru Emma Şaybakova 2021-ci ildə Rusiya iqtisadiyyatının 3% gerilədiyini, işsizliyin 5,4% olduğunu, 2022-ci il üçün işsizlik səviyyəsinin 5 %-dən çox olmayacağının proqnozlaşdırıldığını bildirdi.
X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat kafedrasının əməkdaşları: Aynur Tacidennova, Meyramqül Dinqaziyeva, Janargul Bisimbayeva  Qazaxıstan Respublikasının  milli iqtisadiyyatının 2021-ci il üzrə nəticələri, 2022-ci ilin proqnozaları haqqında məlumat verdilər.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az