SDU-nun əməkdaşları Mərkəzi Bankın təlimlərində iştirak etdilər
Azərbaycan Respublikasının Mərkəzi Bankı ali təhsil müəssisələrinin əməkdaşları üçün 26‒29 aprel 2022-ci il tarixlərində “Maliyyə savadlılığı” mövzusunda maarifləndirmə təlimi keçirdi.
Təlim müddətində Mərkəzi Bankın İstehlakçılarla İş Departamentinin Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyyə Qaralova tərəfindən “İzafi borclanma”, “Sığorta anlayışı”, “Zaminlik”, “Rəqəmsal ödəniş trendləri” mövzusunda ətraflı şəkildə şərhlər verilmişdir.
Təlimdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin əməkdaşları: dosent Dilarə Əmiraslanova; baş müəllimlər: Şəhla Cəmilzadə, Elnarə Məmmədova, Şəlalə Məmmədova; assistentlər: Səmirə Seyidova, Nihad Hüseynov; böyük laborant Gülşən Hüseynzadə; magistrantlar: Türkan Seyfullayeva, Könül Behbudova və Aysel Nəsirova iştirak etmişlər.
Mətbuat xidməti