Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verildi
Yerləşdirilmə tarixi : 06 May 2022 16:45
SDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” populyar intellektual oyununa start verildi.
Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev çıxış edərək iştirakçıları salamladı və müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan dahi şəxsiyyət  Heydər Əliyevin ölkə təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.  Ümummilli liderin dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, bilikli cəmiyyət naminə bütün imkanlarını səfərbər etdiyini bildirdi. Ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara etimad göstərdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirərək bu siyasətin  Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Keçirilən intellektual oyunun  əhəmiyyətinə toxunan Nemət İbayev bu yarışın tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirərək gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcəyintəkan verəcəyinə, onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bidirdi, komandalara uğurlar arzuladı.
Sonra yarışa  start verildi. 7 komanda 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar. Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komadası ikinci, Filologiya fakültəsinin komandası isə üçüncü oldu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az