Əməkdaşlarımız sertifikatlarla təltif olundular
Mayın 11-də Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirildi.
Konfransın plenar iclasında Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev, Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyev və digər mötəbər qonaqlar Ulu öndər Heydər Əliyevin fəaliyyətinin iqtisadi aspektləri barədə məlumat verdilər. Həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının assistenti Nihad Hüseynov, Maliyyə və mühasibat uçotu kafedrasının dosenti Dilarə Əmiraslanova, Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova tezislərlə iştirak edərək sertifika layiq görüldülər.
Mətbuat xidməti