Tələbələrin nəzərinə:
Elektron qaydada həyata keçirilən Təhsil Tələbə Kreditinin rəsmiləşdirilməsi üçün müraciət edən şəxsin qeyd etdiyi telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir.
Qeyd edək ki, bank tərəfindən göndərilən bu link gün sonuna qədər aktiv olur. Bu müddət ərzində şəxs birdəfəlik şifrəni daxil etməklə linkə keçid etməli, sistemdə müvafiq məlumatları təsdiq etməlidir.