Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İKT-nin ali təhsil müəssisələrində kadr hazırlığının təşkilində aparıcı rolunun daha da genişləndirilməsi” mövzusunda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 24 May 2022 15:52
“İKT-nin ali təhsil müəssisələrində kadr hazırlığının təşkilində aparıcı rolunun daha da genişləndirilməsi” mövzusunda tədbir keçirildi
Mayın 24-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə “İKT-nin ali təhsil müəssisələrində kadr hazırlığının təşkilində aparıcı rolunun daha da genişləndirilməsi” mövzusunda tədbir keçirildi.
Tədbiri fakültə dekanı dosent Tamella Əhmədova açaraq tədbirin əhəmiyyətini və son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırdı və  İKT-nin ali təhsil müəssisələrində kadr hazırlığının təşkilində, energetikanın inkişafında mühüm rolu haqqında geniş məlumat verdi. Qeyd etdi ki, tədbir 2 hissədən ibarətdir: 1-ci hissə müasir İKT avadanlıqlarına, 2-ci hissə gərginlik və güc hissəsinin SCADA üzərindən idarəetmə və nəzarətin tətbiqi”nə həsr olunacaqdır.
Sonra  məruzəçi, İnformatika kafedrasının baş müəllimi Aygün Tağıyeva “Müasir İKT avadanlıqları”  haqqında  videoçarx təqdim etdi və  müasir qurğu (Ən məhşur və son model kitab skaneri  Elar Scan A2-400-ün iş prinsipi, üçölçülü kompüter datasını real obyektlərə çevirən 3D, Vektor qrafik təsvirləri  istehsal edən maşınlar‒ Plotterlər (müasir İKT-lərdən biri də lazer vəya şüa  görünən virtual klaviaturanı səviyyəli səthə çıxaran Lazer klaviaturası, Digitayzer , Optikal Markdır) haqqında geniş məlumat verdi.
SOCAR şirkətinin elektrik mühəndisi Tural Hacıbalayev “Gərginlik və güc hissəsinin SCADA üzərindən idarəetmə və nəzarətin tətbiqi”nə dair videoçarx  təqdim etdi və ətraflı məlumat verdi. Qeyd etdi ki, elektrik enerjisinin hasilat olunaraq səmərəli  şəkildə ötürülməsi və SCADA  proqramı üzərindən idarə olunaraq davamlılığının bərpa olunması mümkündür. Azərbaycan  Respublikasında son illərdə dövlət proqramı çərçivəsində müxtəlif gücdə müasir tipli yarımstansiyaların tikilərək istifadəyə verilməsi və bir çox bölgələrdə  kəsilməz enerji yaratmaq məqsədilə “dairəvi xətlər” bərpa olunmuşdur. Eləcə də, Alternativ Enerji mənbələri   yaratmaq məqsədilə  bir çox regionlarda  külək və Günəş (yarımstansiyaları) enerji mənbələri  və layihələri  həyata keçirilmişdir.  
Sonda məruzəçilər tələbə və magistrantların suallarını cavablandırdılar.
Tədbirdə Elektrotexnika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, həmin kafedranın baş müəllimi Samirə Cabbarova, Elektromexanika kafedrasının assistenti Kəmalə Ağaxanova, 520 saylı qrupun tələbəsi Nəriman Məmmədov  və  digər  tələbələr daha fəal iştirak etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az