SDU-nun əməkdaşı “Times Higher Education” təşkilatının Qlobal Britaniya: Yeni era üçün elmi super güc” adlı onlayn tədbirində iştirak etdi
Mayın 26-da “Times Higher Education” (THE) beynəlxalq reytinq təşkilatı tərəfindən “Academic Salon 2022 ‒ Qlobal Britaniya: Yeni era üçün elmi supergüc” adlı online sessiya keçirilmişdir. Tədbir regional böyüməyə təkan vermək üçün innovasiya rayonlarından istifadə, ölkənin şimalında iqtisadi və sosial transformasiyanı açmağın yolları, gələcək innovasiyalar üçün beynəlxalq əməkdaşlıqın rolu, beynəlxalq ticarətin tənzimlənməsinin innovasiyaya təsiri, regional inkişaf üçün tərəfdaşlıq məqsədilə sahibkarlıq və innovasiya mövzularına həsr olunmuşdur.
Akademik salonun hər bir sessiyasında Böyük Britaniyanın universitet liderləri, tədqiqatçılar, sənaye və hökumət nümayəndələri çıxış etdilər. Beş sessiyada baş tutan vebinarın əsas məqsədi Böyük Britaniya hökumətinin dünya üzrə aparıcı tədqiqatlar aparan elm və texnologiya supergücü kimi mövqeyini nümayiş etdirməkdən ibarət idi.
Vebinarda Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdi.
Mətbuat xidməti