Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU- da “Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi
Yerləşdirilmə tarixi : 31 May 2022 15:59
SDU- da “Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi
Mayın 31-də Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin  Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev mövzunun əhəmiyyətindən danışaraq bildirdi ki,  məişət zorakılığı ilə bağlı problemlər indi də öz aktuallığını saxlayır və bu bir sosial bəla kimi hələ də cəmiyyətə öz mənfi təsirlərini göstərməkdədir. Demək olar, əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Məişət zorakılığının cəmiyyət üçün ən başlıca ağır fəsadlarından biri də ruhi travma almış uşaqlardır. 
Daha sonra “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020‒2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında məlumat verən dekan qeyd etdi ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik bazası və dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin, xüsusilə vətəndaş cəmiyyətinin zorakılıq hallarına adekvat reaksiyası olmalıdır. 
Qadınlarımız, xüsusilə də bölgələrdə yaşayan qız uşaqları təhsilə cəlb edilməli, erkən nikahla mübarizədə ciddi ictimai qınaq və sərt cəza tədbirləri həyata keçirilməlidir.
Fakültə  üzrə TEC-in rəhbəri, baş müəllim  Dilşad Süleymanlı, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi  Zahid Bünyadov  və tələbələr mövzu ətrafında çıxış edərək  bildirdilər ki,  məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün  cəmiyyəti əhatə etməsindən və bu sahəyə həssas yanaşılmasından bəhs etdilər.
Sonra məişət zorakılığı mövzusunda videoçarx nümayiş olundu, mövzu ətrafında müzakirələr aparıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az