“Azərikimya” İstehsalat Birliyində 20 sentyabr Neftçilər gününə və Sumqayıt kimya sənayesinin 70 illik yubileyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turniri keçirildi.
Turnirdə “Azərikimya” İB-nin idarə və müəssisələri də daxil olmaqla 12 komanda, o cümlədən Sumqayıt Dövlət Universitetinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Yanğından Mühafizə İdarəsinin, Şəhər təhsil şöbəsinin, Corat qəsəbə Bələdiyyəsinin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris mərkəzinin, Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, şəhər İdman məktəbinin və digər müəssisələrinin komandaları birincilik uğrunda mübarizə apardılar.
Hər komandada 3 nəfərin iştirak etdiyi yarışların püşkatma mərasimindən sonra, “Azərikimya” İstehsalat Birliyininin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov çıxış edərək idmançıları salamladı, yarışın məqsəd və qayəsini açıqladı və komandalara uğurlar arzuladı.
Tennis üzrə təcrübəli hakimlərin nəzarəti altında dairəvi sistem üzrə keçirilən yarışlarda maraqlı və yaddaqalan oyunu ilə diqqəti cəlb edən Sumayıt Dövlət Universitetinin komandası birinci, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə idarəsinin və şəhər təhsil şöbəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular.
Sonda Azərkimya İstehsalat Birliyi tərəfindən qaliblərə fəxri diplomlar və pul mükafatları təqdim edildi.
Mətbuat xidməti