Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri tələbələrlə görüşdü
Yerləşdirilmə tarixi : 29 Sentyabr 2015 11:08
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri tələbələrlə görüşdü

Sentyabr ayının 29-da universitetimizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri tələbələrlə görüş keçirdi.
Görüşdə Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov bildirdi ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT), elmi tutumlu yüksək texnologiyaların inkişaf etdirilməsi hər bir inkişaf etmiş ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi cəmiyyətin inkişafı üçün geniş imkanlar yaradır. Ölkəmizdə də yeni texnologiyaların tətbiqi üzrə mühüm addımlar atılır. Demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlərin formalaşdırılması məqsədilə "Elektron hökumət” infrastrukturu yaradılmışdır. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Prorektor onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Elektron idarəetmə sisteminin tətbiqi hazırda dövlət siyasətinin başlıca istiqamətinə çevrilib və bu sahənin daha sürətlə inkişaf etdirilməsi üçün gənclərə böyük önəm verilir.
Çıxış üçün söz alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açdı. O, “Elektron Höküməti“ portalı haqqında məlumat verərək bildirdi ki, Ölkəmizdə "Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
İ.Abdullayev vurğuladı ki, artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmış, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur. “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmiş, bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edirlər. Bu portal vətəndaş və dövlət qurumları arasında bir vasitədir.
Mərkəzin baş mütəxəssisi Nadir Rəsulov  “Elektron Höküməti” hökümət infrastrukturunun və “Elektron imza”nın əhəmiyyətindən danışaraq qeyd etdi ki, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, həyata keçrilən fəaliyyət səviyyəsinin yüksəldilməsi, onlardan istifadə etmə qaydalarının sadələşdirilməsi, dövlət qurumlarının və yerli özünü idarəetmə orqanlarının işinin səmərəliliyinin artırılması, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq təqdim olunan elektron xidmətlərdən ölkənin bütün ərazisində istifadəsinin mümkünlüyünü təmin etməkdir. Bir sözlə “Elektron Höküməti“ virtual məkanı, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Tədbirdə fəal iştirak edən SDU-nun on tələbələsinə pulsuz e-imza sertifikatı verildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az